Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində səhər saatlarında İstanbul Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat zamanı ümumilikdə 22 nəfər saxlanılıb. Saxlanılanlar arasında tanınmış aktrisa Beren Saat, müğənni Kenan Doğulu və Kerimcan Durmaz, aktyorlar Berdan Mardini və Enis Arıkanın da olduğu bildirilir.
Məlumata əsasən, saxlanılan şəxslər əvvəlcə tibbi müayinədən keçirilib, daha sonra ifadələrinin alınması üçün Narkotiklərlə Mübarizə Şöbəsinin Küçükçekmece rayonunda yerləşən idarəsinə aparılıblar.
Hüquq-mühafizə orqanları əməliyyatın davam etdiyini, saxlanılanların sayının arta biləcəyini istisna etməyiblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
10:01 / 11.06.2026
Beren Saat və Kenan Doğulu da SAXLANILDI - VİDEO
Hazırda oxunan: Beren Saat və Kenan Doğulu da SAXLANILDI - VİDEO
Hazırda oxunan: Beren Saat və Kenan Doğulu da SAXLANILDI - VİDEO
618602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































