Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Hazırda oxunan: Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”
618552
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Eldəniz Məmmədov işsizlikdən gileylənib.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi "Xəzər Axşamı" verilişində danışıb.

O, bir sıra qurumlara işlə bağlı müraciətlər etdiyini, lakin nəticə əldə edə bilmədiyini bildirib:

"İnsan hansı zirvəyə qalxırsa, daha da yüksəyini istəyir. Mən sənətdə bir çox işlər görmüşəm. Fəxr edirəm ki, əsl Azərbaycan musiqisini qoruyub saxlamışam və ifa edirəm. Dəfələrlə efirdən də qurumlara müraciət etmişəm. İşləmək istəyirəm, evdə oturmaqla, konsert verməklə, toya getməklə keçmir belə şeylər.
 

Ali təhsilim var, konservatoriyanı bitirmişəm. Müxtəlif yerlər var ki, orada çalışa bilərəm. Dəfələrlə müraciət etmişəm, amma xeyri yoxdur. Pedaqoq kimi də çalışa bilərəm, amma magistr diplomum yoxdur.


Dəfələrlə imtahan vermişəm, qəbul ola bilməmişəm. Amma digər universitetlər, kolleclər var ki, orada çalışa bilərəm. Böyük konsert salonlarının ansamblları var, orada da işləyə bilərəm. Həmin müəssisələrin konsertlərində ifa edirəm, amma özüm orada çalışmıram. Ən çətin bəstəkar əsərlərini ifa etmək lazım olanda mənə deyirlər". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO