General-mayor Etibar Məhərrəmova yeni vəzifə verilib

General-mayor Etibar Məhərrəmova yeni vəzifə verilib

Hazırda oxunan: General-mayor Etibar Məhərrəmova yeni vəzifə verilib

618627

Azərbaycan Ordusunun general-mayoru Etibar Məhərrəmov yeni vəzifəyə təyin olunub.

Bizim.Media “bakıvaxtı.az”a istinadla xəbər verir ki, general-mayor Etibar Məhərrəmov Müdafiə Nazirliyinin baş idarələrindən birinə yüksək posta təyinat alıb.

Qeyd edək ki, Etibar Məhərrəmov uzun illər Azərbaycan Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə xidmət edib.

O, Vətən müharibəsində göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla təltif olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, o, ötən ilin iyun ayında Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə təyin edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO