Bakıda 25 ildən artıq işləyən liftlər DƏYİŞDİRİLİR – RƏSMİ

Bakıda 25 ildən artıq işləyən liftlər DƏYİŞDİRİLİR – RƏSMİ

Hazırda oxunan: Bakıda 25 ildən artıq işləyən liftlər DƏYİŞDİRİLİR – RƏSMİ

618498

“Lifttəmir” İstehsalat Birliyinin balansında olan istismar vaxtı keçmiş, 25 ildən artıq işləyən liftlər mərhələli şəkildə dəyişdirilir.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq “Lifttəmir” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, son illər ərzində Bakı şəhəri “Lifttəmir” İstehsalat Birliyinin balansında olan 1354 lift müasir liftlərlə əvəz olunub. Alınan liftlərə xidmət göstərilməsi və onların daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti sistemi qurulub. 

Qeyd edilib ki, Birlik tərəfindən yalnız dövlət mənzil fonduna aid olan binalarda yerləşən liftlərə xidmət göstərilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO