Son günlər mətbuatda "AzParking" mobil tətbiqində yaranan texniki xətalar səbəbindən sürücülərin cərimələnməsi, əməliyyat tarixçəsinin silinməsi ilə bağlı iddialar yer yayılıb.
Bizim.Media xəbər verir ki, "AzParking" yayılan iddialarla bağlı rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, vətəndaşların narahatlığını anlayışla qarşılasaq da, informasiya təhlükəsizliyi və tranzaksiya (ödəniş) proseslərinin reallıqlarını ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirik:
"Əgər istifadəçi tətbiq üzərindən seans başladaraq "Face ID", biometrik təsdiq və ya şifrə ilə ödəniş edirsə, bu əməliyyat hər iki sistemdə - həm bankın, həm də "AzParking"in serverlərində mütləq şəkildə rəqəmsal iz buraxır. Sistemdə məlumat mübadiləsinin "asinxronizasiyası" və ya hər hansı uğurlu əməliyyatın "arxa fonda silinməsi" texniki cəhətdən qeyri-mümkündür. Mərkəzləşdirilmiş verilənlər bazası (database) arxitekturası heç bir tranzaksiyanı izsiz silmir.
Mətbuatda qeyd olunan, müştərinin "seans başlatdığını və ödəniş etdiyini, ancaq sistemin bunu qeydə almadığını" iddia etdiyi spesifik hallar üzrə informasiya sistemlərimizdə dərin araşdırma aparılıb və nəticədə məlum olub ki, istifadəçinin iddia etdiyi vaxt intervalı üzrə tətbiqdən mərkəzi serverə hər hansı uğurlu parklanma seansının başladılması sorğusu daxil olmayıb".
Həmçinin qeyd edilib ki, həmin istifadəçinin iddia etdiyi ödəniş həm bank tətbiqinin ödəniş tarixçəsində, həm də "AzParking" sisteminin hesabatlarında əks olunmur:
"Bir əməliyyatın baş tutması üçün vəsaitin silinməsi faktı bank tərəfindən təsdiqlənməlidir. Əgər bank çıxarışında hər hansı bir məxaric əməliyyatı yoxdursa və "AzParking" sisteminə ödəniş daxil olmayıbsa, seansın başlamaması texniki nasazlıq deyil, tranzaksiyanın istifadəçi cihazında və ya internet bağlantısında olan lokal səbəblərdən yekunlaşmamasıdır. Belə hallarda istifadəçinin balansından heç bir vəsait çıxılmır.
Sistemimiz beynəlxalq proqram təminatı standartlarına uyğun fəaliyyət göstərir. Sürücü hər hansı bir seans başlatdıqda, bu məlumatlar yüksək təhlükəsizlik protokolları ilə qorunan serverlərdə şifrələnmiş formada saxlanılır.
Yarana biləcək hər hansı sualla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) "141" çağrı mərkəzinə müraciət edə bilərsiniz. Bank çıxarışı ilə sübut olunan hər bir uğurlu ödəniş halı dərhal araşdırılır və tam şəffaflıqla istifadəçinin xeyrinə həll edilir". (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:34 / 11.06.2026
"AzParking"dən ödəniş sistemi ilə bağlı yayılan iddialara RƏSMİ CAVAB
Hazırda oxunan: "AzParking"dən ödəniş sistemi ilə bağlı yayılan iddialara RƏSMİ CAVAB
Hazırda oxunan: "AzParking"dən ödəniş sistemi ilə bağlı yayılan iddialara RƏSMİ CAVAB
618610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































