Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Hazırda oxunan: Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim
618550
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Pakistan rəhbərliyinin xahişi ilə Vaşinqton İrana müvəqqəti "nəfəs almaq üçün vaxt" verib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərin suallarını cavablandırarkən danışıb.
 

"Pakistanın feldmarşalı və baş naziri əla uşaqlardır. Biz onları Hindistanla müharibədən çəkindirdik", - deyə o, beynəlxalq vasitəçilik səylərini və regiondakı vəziyyəti şərh edərkən bildirib.


O, həmçinin qeyd edib ki, Pakistan Vaşinqton və Tehran arasındakı dialoqda vasitəçi rolunu oynamağa davam edir.

Amerika liderinin sözlərinə görə, Pakistan nümayəndələri İran tərəfi ilə təmasları saxlayır və razılığın əldə olunmasına kömək etməyə çalışırlar.

"Onlar İrana yaxındırlar. Onlar hələ də işləyirlər, onların (iranlıların) doğru addım atmasını təmin etməyə çalışırlar", - Tramp Ağ Evdə jurnalistlərə bəyan edib.

O vurğulayıb ki, ABŞ davamlı və icra oluna bilən "ciddi bir sazişin" bağlanmasında maraqlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO