İrandan ABŞ-ın hücumlarına CAVAB – Dörd ölkəyə zərbələr endirildi – VİDEO

İrandan ABŞ-ın hücumlarına CAVAB – Dörd ölkəyə zərbələr endirildi – VİDEO

Hazırda oxunan: İrandan ABŞ-ın hücumlarına CAVAB – Dörd ölkəyə zərbələr endirildi – VİDEO
618570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tehran Vaşinqtonun hava hücumuna cavab olaraq Yaxın Şərqdəki Amerika hədəflərinə zərbələr endirib.

Bizim.Media "Nour News" agentliyinə istinadən xəbər verir ki, İraqın şimalındakı Əl-Hərir aviabazasına hücum edilib və nəticədə ABŞ hərbi radarı məhv edilib.

Həmçinin, İranın Hörmüz boğazında ABŞ gəmilərinə və Fars körfəzində bir qayığa atəş açdığı bildirilib.

İran dövlət televiziyasının məlumatına görə, ölkənin Silahlı Qüvvələri Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanma qüvvələrinə hücum etmək üçün dronlardan istifadə edib. Nəticədə "Patriot" hava hücumundan müdafiə sistemlərinin rabitə antenaları və radarları zədələnib.

Bundan əlavə, Qətərdə də hava hücumundan müdafiə sistemləri hədəfləri dəf etmək üçün çalışır.

Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı Əl-Azrak hava bazasına hücumun uğurlu olması və ABŞ qırıcı təyyarələrinin məhv edilməsi barədə məlumat yayıb.

"İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri 12 ballistik raketdən istifadə edərək Amerikanın F-35, F-15 və F-16 qırıcı təyyarələrinin yerləşdirildiyi ərazilərə, eləcə də Əl-Azrak hava bazası və komandanlıq mərkəzindəki ABŞ-ın əsas hərbi obyektlərinə zərbələr endirib, bu obyektləri və çox sayda qırıcı təyyarəni məhv edib", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl ABŞ gecə saatlarında İranda bir sıra hərbi obyektlərə hava zərbələri endirmişdi. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO