Hindistanda qatar qəzasında ölənlərin sayı 294-ə çatdı

Hindistanda qatar qəzasında ölənlərin sayı 294-ə çatdı

Hazırda oxunan: Hindistanda qatar qəzasında ölənlərin sayı 294-ə çatdı

139600

Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, 1 000-dən çox yaralı var.

Bizim.Media "Hindustan Times" nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Cənub-Şərqi Dəmiryolunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Aditya Kumar Çoudxari yayıb.

Mənbə qeyd edir ki, hadisənin baş verdiyi Balasor şəhərinin xəstəxanalarında sıxlıq müşahidə olunur. Xəstəxanaya yerləşdirilən yüzə yaxın insanın vəziyyəti ağırdır.

Xatırladaq ki, Balasor şəhəri yaxınlığında dəmir yolu qəzası iyunun 2-də axşam baş verib. İlkin məlumata görə, üç qatarın iştirakı ilə baş verən qəzaya səbəb sərnişin ekspress qatarının bir neçə vaqonunun relsdən çıxması olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO