Londonda Buker mükafatı laureatının adı elan ediləcək

Londonda Buker mükafatı laureatının adı elan ediləcək

Hazırda oxunan: Londonda Buker mükafatı laureatının adı elan ediləcək

137414

Beynəlxalq Buker mükafatı laureatının adı çərşənbə axşamı Londonda elan ediləcək.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, nüfuzlu ədəbi mükafatın qısa siyahısına daxil edilmiş altı əsərdən birinin müəllifi kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşmək üçün 50 min funt-sterlinq (təqribən 62 min dollar) alacaq.

2023-cü ildə Bolqarıstan, İspaniya, Kot-d'İvuar, Meksika, Fransa və Cənubi Koreyadan olanlar bu mükafata iddialıdırlar. Bolqar və katalon dillərində yazılmış əsərlər ilk dəfə namizədlərin qısa siyahısına daxil edilib.

Georqi Qospodinovun “Zaman sığınacağı”, Eva Baltasarın “Qaya”, Qvadelupe Nettelin "Yenicə doğulmuş", QauZ təxəllüsü ilə yazan Patrik Arman-Qbaka Bredenin “Mütəmadi ağır”, Çeon Myan Kvanın “Balina”, Mariz Kondenin “Yeni dünyanın İncili” əsərləri bu mükafata iddialıdır.
Qeyd edək ki, mükafat 1969-cu ildə təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO