Parisdə İNSİDENT: Etirazçılar polislərə “molotov” atdılar - VİDEO 

Parisdə İNSİDENT: Etirazçılar polislərə “molotov” atdılar - VİDEO 

Hazırda oxunan: Parisdə İNSİDENT: Etirazçılar polislərə “molotov” atdılar - VİDEO 

133777

Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyasını dağıtan polislər yandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb. 

Görüntülərə əsasən naməlum şəxslər ərazidəki polislərə molotov kokteyli atıblar. 

Ölkə KİV-i nümayişi son vaxtlar ölkədə keçirilən ən böyük nümayişlərdən biri adlandırıb. Bəzi etiraz liderləri bu günü yeni Fransız İnqilabının başlanğıcı adlandırırlar.

Xatırladaq ki, Fransada prezident Emmanuel Makronun təqaüd yaşının 64-ə qaldırılmasına dair pensiya islahatına etiraz edən minlərlə insan Paris və Fransanın digər şəhərlərində küçələrə çıxıb. Bütün ölkə boyu, o cümlədən Parisin əsas küçələrində nümayişlər keçirilir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO