Babaları özlərindən məşhur olan TÜRK TANINMIŞLAR – SİYAHI 

Babaları özlərindən məşhur olan TÜRK TANINMIŞLAR – SİYAHI 

Hazırda oxunan: Babaları özlərindən məşhur olan TÜRK TANINMIŞLAR – SİYAHI 

129650

Sənət, siyasət, televiziya və iş dünyasından bəzi insanlar var ki, onlar nə qədər məşhur olsalar da, onlar babalarıyla müqayisədə tanınmışlıq baxımından sönük qalırlar. 

Bizim.Media həmin məşhurların 11- i haqqında qısa məlumat hazırlayıb:

1. Tarkan - Fethi Tevetoğlu 

Pop-star Tarkanın ulu babası Fəthi Tevetoğlu türkçülük məhkəməsində Nihal Atsızla birlikdə mühakimə olunan məşhur siyasətçi və Kommunizmlə Mübarizə Dərnəyinin qurucularından biridir. 

2. Həsən Camal - Camal Paşa

Tanınmış jurnalist Həsən Camal Birinci Dünya Müharibəsi zamanı məşhur Osmanlı sərkərdələrindən biri olan Camal Paşanın nəvəsidir.

3. Məhmət Əli Ərbil - Ərbilli Şeyx Əsəd Əfəndi

Mehmet Əli Ərbilin babası Ərbilli Şeyx Esat Əfəndi də Menemen hadisəsindən sonra edam edilənlərdən biridir.

4. Burak Kut - Kutul Amare fatehi Xəlil Paşa

Birinci Dünya Müharibəsində Osmanlıların İngilisləri məğlub etdiyi Kutul Amare döyüşündə Osmanlı ordusunun komandanı olan Halil (Kut) Paşa pop sənətçisi Burak Kutun ulu babasıdır.

5. Tuğba Özay - Baltaçı Məhmət Paşa

Tuğba Özay Baltaçı Məhmət Paşanın nəvəsidir.

6. İngiltərə xarici işlər naziri Boris Conson - Osmanlının sonuncu daxili işlər naziri Əli Kamal

7. Cengiz Çandar - Çandarlı Xəlil Paşa, 

Xəlil Paşa Fatih Sultan Mehmet tərəfindən edam edilib.

8. Sadettin Teksoy - Atatürkün sürücüsü, Mustafa Sadettin

Məlum olub ki, məşhur televiziya xadimi Sadettin Teksoyun babası Mustafa Sadettin Mustafa Kamal Paşanın sürücüsü olub. 

9. Qoç ailəsi - Hacı Bayram Vəli

Türkiyənin ən zəngin ailələrindən biri olan Qoç ailəsi məqbərəsi Ankarada olan sufi Hacı Bayram Vəlinin nəslindəndir. 

10. Əhməd Altan - Tatar Həsən Paşa

Jurnalist və yazıçı Ahmet Altanın babası tatar Həsən Paşa Çanaqqala zəfəri zamanı Limon fon Sandersin köməkçisi olub.

11. Kommunist Partiyasının icraçısı Aydəmir Gülər – Məhmət Akif Ərsoy

Keçmiş Türkiyə Kommunist Partiyasının və yeni Kommunist Partiyasının direktorlarından biri olan Aydemir Gülər İstiqlal Marşının müəllifi Mhmət Akif Ərsoyun nəvəsidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO