Rumıniya Ukraynanın bərpasında iştirakını RƏSMİLƏŞDİRDİ 

Rumıniya Ukraynanın bərpasında iştirakını RƏSMİLƏŞDİRDİ 

Hazırda oxunan: Rumıniya Ukraynanın bərpasında iştirakını RƏSMİLƏŞDİRDİ 
124483
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rumıniya parlamenti Rusiya ilə münaqişə başa çatdıqdan sonra Ukraynanın bərpasında iştirak etməyə hazır olduqları barədə bəyannaməni təsdiqləyib. 

Bizim.Media “Gazeta.ru”-ya istinadla xəbər verir ki, Rumıniya parlamenti Senat və Deputatlar Palatasının birgə iclasında Ukraynaya dəstək bəyannaməsini qəbul edib.  

285 deputat qanun layihəsinin lehinə, beşi isə əleyhinə səs verib. 

Bəyannamənin mətninə əsasən, parlament Rumıniyanın Ukraynanın münaqişədən sonra yenidən qurulması üçün gələcək səylərdə əhəmiyyətli iştirakının, habelə onun mülki əhalisinə dəstəyin artırılmasının zəruriliyini dəstəkləyir. 
Bundan əlavə, Rumıniya parlamentinin üzvləri Ukraynanın Avropa İttifaqına daxil olması prosesinə dəstək verilməsinin vacibliyini qeyd ediblər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO