Türkiyədə bu seriallar cərimələndi - ADLAR

Türkiyədə bu seriallar cərimələndi - ADLAR

Hazırda oxunan: Türkiyədə bu seriallar cərimələndi - ADLAR
11579
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK bir neçə serialı cərimələyib.

Bizim.Media xəbər verir ki, rollarında Kerem Bürsin və Hande Erçelin çəkildiyi “Sen çal kapımı” serialındakı vanna otağında olan səhnə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Belə səhnə erotik hesab edildiyindən və “türk ailəsi adətlərinə qarşı” olduğundan ekran işinə cərimə yazılıb.

"Baraj" serialında isə gender bərabərliyinin pozulduğu və qadınlara qarşı şiddət təbliğ edildiyindən ekran əsərinə pul cəzası kəsilib.

Cəza alan ekran işləri arasında "Kırmızı oda", "Sefirin kızı", "Çukur", "Arıza" da var. 

"Kırmızı oda"da gənc qıza qarşı fiziki və psixoloji zorakılığın tətbiq edildiyi bildirilib. Buna isə bir çox orqanların məhəl qoymadığı göstərilib.

Məhz elə buna görə də serialın yayımlandığı kanala cərimə tətbiq olunmasına qərar verilib.

"Sefirin kızı"nda qadına şiddət təbliğ edilib. "Çukur"da isə şiddət səhnələri və söyüşlərə yer verilib. "Arıza"da Türkiyə türkçəsinin kobud, uşaqların fiziki, əqli və mənəvi inkişafına zərər verə biləcək səhnələr göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO