ABŞ Nümayəndələr Palatası 4-cü turda da yeni spiker seçə bilməyib

ABŞ Nümayəndələr Palatası 4-cü turda da yeni spiker seçə bilməyib

Hazırda oxunan: ABŞ Nümayəndələr Palatası 4-cü turda da yeni spiker seçə bilməyib
113113
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri bu gün keçirilən iclasda dördüncü səsvermə zamanı yeni spiker seçə bilməyiblər.

Bizim.Media xəbər verir ki, səsvermə üçün keçirilən iclas C-SPAN telekanalı tərəfindən yayımlanıb.

Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin nəticələrinə görə yenə də əksəriyyətin dəstəyini ala bilməyib və cəmi 201 səs toplayıb - üçüncü turdakından bir səs az. Qalib gəlmək üçün 218 səs toplamaq lazım idi.

Cari raundda Makkartinin spiker təyin edilməsini dəstəkləməkdən imtina edən respublikaçılar alternativ namizəd kimi Florida ştatından Bayron Donaldsın namizədliyini irəli sürüblər.

Respublikaçılar Partiyasından olan 20 konqresmen ona səs verib. Ukrayna əsilli respublikaçı Viktoriya Sparts bitərəf qalıb və heç bir namizədə səs verməyib. Demokrat Hakim Ceffrisə əvvəlki turlarda olduğu kimi, 212 konqresmen - hazırkı çağırış Nümayəndələr Palatasında Demokratlar Partiyasının bütün nümayəndələri səs verib.
Qeyd edək ki, bu, 100 ildə ilk dəfədir Nümayəndələr Palatasının sədrinin seçilməsi bir turla məhdudlaşmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO