Poçt göndərişləri bağlamalarının rəsmiləşdirilməsi prosesi sadələşdirildi - VİDEO

Poçt göndərişləri bağlamalarının rəsmiləşdirilməsi prosesi sadələşdirildi - VİDEO

Hazırda oxunan: Poçt göndərişləri bağlamalarının rəsmiləşdirilməsi prosesi sadələşdirildi - VİDEO

98410

Dövlət Gömrük Komitəsinin (DGK) tətbiq etdiyi yenilik hesabına poçt göndərişləri vasitəsilə xaricdən gətirilərkən gömrük nəzarəti və ödənişləri tələb olunan bağlamaların rəsmiləşdirilməsi prosesi sadələşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə DGK məlumat yayıb.  

Bu məqsədlə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki Bakı Karqo Terminalının inzibati binasında xüsusi mərkəz yaradılıb. Bağlamaların rəsmiləşdirmə prosesindəki bütün əməliyyatlar vahid məkanda, ən qısa vaxt ərzində həyata keçirilir. 

Nahar fasiləsində də fəaliyyətini davam etdirən mərkəzdə quraşdırılan kompüter və elektron köşklərdən istifadə etməklə vətəndaşlar “Smart Customs” tətbiqi üzərindən bəyannamələrdə düzəlişlər apara, gömrük ödənişlərini həyata keçirə bilərlər.  
Vaxt itkisinin qarşısını almaq məqsədilə gömrük rəsmiləşdirilməsi və anbar ödənişləri vahid məkanda, bir pəncərə sistemi ilə reallaşdırılır. 

Bundan başqa texnoloji sxemdə aparılan təkmilləşdirmələr hesabına gömrük nəzarəti zamanı yol verilən təkrarlamalar da aradan qaldırılıb. 

DGK-nın müvafiq struktur bölmələri tərəfindən aparılan təhlillərə əsasən bağlamaların gömrük rəsmiləşdirilməsinə görə vətəndaşlar əvvəllər 40 dəqiqədən 3 saata qədər vaxt itirirdisə, artıq bu mərkəzdə bütün proseslər maksimum 20 dəqiqə ərzində həyata keçirilir. 

Artıq tətbiqinə başlanan yeniliklər xidmətlərin əlçatanlığının, gömrük prosedurlarının rasionallığının təmin edilməsi, əməliyyatların sadə, asan, sürətli şəkildə həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin, şəffaflığın artırılmasına şərait yaradacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO