Ata qızını

Ata qızını "kislota" ilə YANDIRDI  – Durumu ağır olan qadınla bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Ata qızını "kislota" ilə YANDIRDI  – Durumu ağır olan qadınla bağlı YENİ XƏBƏR 
96227
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda ata qızının üzünə sulfat turşusu (kislota) tökərək yandırıb. 

Hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, ata İldız İbayev 1976-cı il təvəllüdlü qızı, Yeganə Əhmədovanın üzünə "kislota" atıb. Hadisəyə mülk davasının səbəb olduğu bildirilir.   

Durumu ağır olan Yeganə Əhmədova Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alır. 

Klini Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu Bizim.Media-ya üzünə “kislota” atılan qadının durumunu açıqlayıb.

O, deyib ki, 1976-cı il təvəllüdlü şəxs 26 sentyabr 10:20 tarixində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub:

“Xəstəyə kəskin, qeyri üzvi turşu ilə zəhərlənmə, ağız boşluğunun yanığı, qida borusunun yanığı diaqnozu qoyulub. Hal-hazırda xəstənin vəziyyəti ağır olaraq qalır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmtindən Nurlan Əliyev məsələnin Suraxanı Rayon Polis Şöbəsində araşdırıldığını bildirib. Onun sözlərinə görə hadisə ailə daxilində mülk mübahisəsi zəminində baş ver verib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO