Türkiyənin yeni silahları yaxın zamanlarda Azərbaycana GƏTİRİLƏCƏK - FOTO

Türkiyənin yeni silahları yaxın zamanlarda Azərbaycana GƏTİRİLƏCƏK - FOTO

Hazırda oxunan: Türkiyənin yeni silahları yaxın zamanlarda Azərbaycana GƏTİRİLƏCƏK - FOTO
92722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanla ortaq iş görürük. Yaxın zamanda xəbərlər çıxacaq. Ümid edirəm ki, türk məhsulları ilə Azərbaycanda olacağıq”.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Bakıda keçirilən 4-cü “ADEX” sərgisində iştirak edən Türkiyənin “Sarsılmaz” şirkətinin satış müdiri Hakan Özadalı deyib.

O bildirib ki, “ADEX” sərgisində əsasən tapança və tüfəngləri ziyarətçilərə təqdim edirlər:

“Bu məhsulları nümayiş etdirməkdən qürur duyuruq. Şirkət olaraq Türkiyə Silahlı Qüvvələrinin ən böyük təchizatçısı kimi burada təmsil olunuruq. Azərbaycanda olmaqdan çox məmnunuq”.

Şirkət rəsmisi qeyd edib ki, istehsal etdikləri məhsulları Rusiya, İsrail, Amerika silahları ilə demək olar eynidir: 

“Hətta deyərdim daha yaxşıdır. Keyfiyyəti, dayanıqlığı və qiymət baxımından üstünlüklərimiz var. Bazarda gücümüz çoxdur. Digər ölkələrə ixracımız da yetərincədir. “Sarsılmaz”ın 142 yaşı var. Yəni çox köklü firmayıq və dünya bazarında öz sözümüzü demişik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO