Hərbçilər arasında yarış keçirildi - FOTO

Hərbçilər arasında yarış keçirildi - FOTO

Hazırda oxunan: Hərbçilər arasında yarış keçirildi - FOTO
91908
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışa start verilməmişdən öncə hərbi qulluqçular təlimatlandırılıb. Qeyd olunub ki, birinciliyin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların dözümlülüyünü artırmaq, onların kompas və xəritədən istifadə etmə bacarıqlarını təkmilləşdirməkdir.

Yarışlarda 7 komandanın 38 hərbi qulluqçusu mübarizə aparıb. İştirakçılar təyin olunan məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəflərin aşkarlanması tapşırıqlarını yerinə yetiriblər.

Yarışın qaydalarına əsasən kişi hərbi qulluqçular 4 km məsafədə 10 nəzarət nöqtəsini, qadın hərbi qulluqçular isə 3 km məsafədə 8 nəzarət nöqtəsini müəyyənləşdiriblər.

Quru Qoşunlarının və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri yarışın yekun nəticələrinə əsasən qalibləri müəyyən edib.

Qaliblər fəxri fərman, kubok və medallarla mükafatlandırılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO