Beyləqanda ƏMƏLİYYAT: Silah saxlayan və oğurluq edən şəxslər saxlanıldı - FOTO

Beyləqanda ƏMƏLİYYAT: Silah saxlayan və oğurluq edən şəxslər saxlanıldı - FOTO

Hazırda oxunan: Beyləqanda ƏMƏLİYYAT: Silah saxlayan və oğurluq edən şəxslər saxlanıldı - FOTO
90815
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlayan və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Həsən Əmirov saxlanılıb.

Onun idarəsində olan avtomobilə baxış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança və 1 ədəd həmin tapançaya məxsus daraq aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə mal-qara oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin rayon sakini Elnur Gülmalıyev olduğu müəyyən edilib.

E.Gülmalıyev oğurladığı iribuynuzlu heyvanları dəyərindən ucuz qiymətə sataraq zərərçəkmiş şəxslərə 5400 manat miqdarında ziyan vurub.

Adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.

Bizim.Media

Beyləqanda ƏMƏLİYYAT: Silah saxlayan və oğurluq edən şəxslər saxlanıldı - FOTO - foto 1
Beyləqanda ƏMƏLİYYAT: Silah saxlayan və oğurluq edən şəxslər saxlanıldı - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO