“Snayper həddi”ndə növbəti çalışmalar yerinə yetirildi - FOTO

“Snayper həddi”ndə növbəti çalışmalar yerinə yetirildi - FOTO

Hazırda oxunan: “Snayper həddi”ndə növbəti çalışmalar yerinə yetirildi - FOTO

90263

"Beynəlxalq Ordu Oyunları-2022" çərçivəsində İranın Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsinin ikinci mərhələsi üzrə müvafiq çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, çalışmaların şərtinə uyğun olaraq 300-500 metr məsafədə yerləşən hədəflər məhv edilib. Sonra maneələr zolağını dəf edən növbəti snayper heyəti üçün hədəflər müəyyənləşdirilib və 400-600 metr məsafədə yerləşən 4 hədəfə atəş açılıb.

Snayper cütlükləri, həmçinin 150-200, 200-400 və 300-800 metr məsafədə sabit və hərəkət edən beş hədəfi sərrast atəşlə məhv ediblər.
Daha sonra hakim komissiyasının üzvlərinin iştirakı ilə üçüncü mərhələnin püşkatma mərasimi keçirilib.

Qeyd edək ki, üçüncü mərhələnin şərtlərinə görə snayperlər komanda şəklində mübarizə aparacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO