Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək

Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək

Hazırda oxunan: Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək
89632
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirir.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

Dövlət qulluğuna qəbul imtahanı Bakıda 8 binada təşkil olunur. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 619, BB qrupu üzrə 1463 olmaqla, ümumilikdə 2082 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 186 nəzarətçi müəllim və 16 buraxılış (mühafizə) rejimi əməkdaşı ayrılıb.

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək üçün 882 namizəd qeydiyyatdan keçib.

Bakı şəhərində 856, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 74 zal nəzarətçisi və 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Bu gün, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanı keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO