Həkimləri söyən valideyn həbs edildi - Xəstəxanada insident 

Həkimləri söyən valideyn həbs edildi - Xəstəxanada insident 

Hazırda oxunan: Həkimləri söyən valideyn həbs edildi - Xəstəxanada insident 
89097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhər Yasamal rayonunda yerləşən Respublika Uşaq Xəstəxanasında insident olub.

Bizim.Media xəbər verir ki, övladını xəstəxanada müalicə etdirən Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Ə.X (şərti adlı) sərxoş halda oraya gələrək səs-küy salıb.

Övladının müalicəsindən narazı olan valideyn həkimlərin ünvanına təhqiramiz sözlər işlədib, qışqıraraq söyüş söyüb.

Bundan sonra xəstəxanada xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq hərəkətlərinə son qoymasını tələb edib. Sərxoş halda olan Ə.X. mübahisəyə davam etdiyindən xəstəxanaya digər polis əməkdaşları dəvət edilib.

Qafqazinfo.az-ın məlumatına görə, 50 yaşlı şəxs saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xuliqanlıq, polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib.

Saxlanılan şəxs tərtib edilmiş protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə ona 10 sutkalıq inzibati həbs cəzası təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO