Qobustanda püskürən vulkan kənd əhalisinə hansı ziyanı vurub? – Ekspert açıqladı

Qobustanda püskürən vulkan kənd əhalisinə hansı ziyanı vurub? – Ekspert açıqladı

Hazırda oxunan: Qobustanda püskürən vulkan kənd əhalisinə hansı ziyanı vurub? – Ekspert açıqladı

8581

Xəbər verdiyimiz kimi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələlərin tədqiqatı bürosu" nun məlumatına əsasən, yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb.

Son 200 il ərzində 26-cı dəfədir ki, püskürən bu vulkan Azərbaycanın 2-ci ən böyük vulkanıdır. 

Mövzunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyevlə davam etdirdik.

O, Bizim.Media-ya açıqlamasında dedi ki, təbii hadisə nəticəsində çox böyük həcmdə vulkan məhsulu ətrafa səpələnib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda vulkan püskürüb


“Orada bizim əməkdaşlar işləyirlər. Lazimi nümunələr götürülüb analiz olunur.  Vulkan püskürməsi iki hektar ərazini əhatə edib. Vulkan Qobustan rayonunun Şıxzəhirli  kəndinə və əhalisinə heç bir ziyan vurmayıb”. 

Adil Əliyev əlavə etdi ki, vulkan püskürür və sakitləşir:

“Bu hal 3 dəfə təkrarlanır. İndiki vulkan böyük və tez-tez püskürən vulkandır. Azərbaycan ərazisində iki böyük vulkan var. Biri Abşeron rayonunun Lökbatan qəsəbəsindədir. Qobustanda olan vulkan 2-3 ildən bir püskürür.

Vulkan püskürməsinin müsbət tərəfi odur ki, yerin altında gedən prosesləri öyrənirik. Yerin tərkibində neft-qaz yataqlarının varlığı haqda bizə məlumat verir.

Eyni zamanda vulkanın püskürməsi zəlzələ ilə əlaqədardır. Yerin altında baş verən seysmik hadisələr vulkanı tərpədir. Biz indi öyrənirik ki, hansı zəlzələ bu vulkanın oyanmasına səbəb olur. Hazırda vulkan sönüb.

Çox çətin ki, yenidən oyansın. Vulkan püskürəndə, qaz çıxır və uzun müdət yanır. Ancaq ətraf mühitə ziyanı olmayıb”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO