3 cüdoçumuz EYOF-da finala çıxdı

3 cüdoçumuz EYOF-da finala çıxdı

Hazırda oxunan: 3 cüdoçumuz EYOF-da finala çıxdı
85570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın 3 cüdoçusu Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) finala yüksəlib. 

Bizim.Media xəbər verir ki, 48 kq-da mübarizə aparan Könül Əliyeva yarımfinalda böyük britaniyalı Samə Şavı məğlub edib.

O, qızıl medal uğrunda görüşdə italiyalı İlariya Finestroneni sınağa çəkəcək. 

55 kq çəki dərəcəsində yer alan Murad Əliyev yarımfinalda türkiyəli Tuncay Türkmana qalib gələrək finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi gürcüstanlı Daviti Lomitaşvili olacaq. 

60 kq-da yarışan Nurlan Kərimli isə finala gedən yolda almaniyalı Floriyan Bökkeri mübarizədən kənarlaşdırıb. O, qızıl medal görüşündə niderlandlı Cokhem fan Hartenlə qüvvəsini sınayacaq. 

Final qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

Qeyd edək ki, Azərbaycanı Avropa Gənclər Olimpiya Festivalında 12 cüdoçu təmsil edir. 

Bizim.Media

3 cüdoçumuz EYOF-da finala çıxdı - foto 1
3 cüdoçumuz EYOF-da finala çıxdı - foto 2
3 cüdoçumuz EYOF-da finala çıxdı - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO