Restoran və istirahət mərkəzinin vəzifəli şəxsləri CƏRİMƏLƏNDİ - FOTO

Restoran və istirahət mərkəzinin vəzifəli şəxsləri CƏRİMƏLƏNDİ - FOTO

Hazırda oxunan: Restoran və istirahət mərkəzinin vəzifəli şəxsləri CƏRİMƏLƏNDİ - FOTO
82745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı tədbirləri davam etdirir.  

Bizim.Media xəbər verir ki, iyulun 5-də keçirilən növbəti belə tədbirlər zamanı Qaradağ rayonu Salyan şossesində yerləşən restoranların birindən dənizə çirkab suların axıdılması, Sumqayıt şəhərində isə dəniz sahilində yerləşən istirahət mərkəzlərinin birində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması faktları aşkar edilib. 

İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduğuna görə həmin restoranın vəzifəli şəxsi Əlihəsən Həsənov və 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsinin tələblərini pozduğuna görə istirahət mərkəzinin vəzifəli şəxsi Şəhriyar Məmmədov barəsində inzibati xəta haqqında protokollar tərtib edilib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media

Restoran və istirahət mərkəzinin vəzifəli şəxsləri CƏRİMƏLƏNDİ - FOTO - foto 1
Restoran və istirahət mərkəzinin vəzifəli şəxsləri CƏRİMƏLƏNDİ - FOTO - foto 2
Restoran və istirahət mərkəzinin vəzifəli şəxsləri CƏRİMƏLƏNDİ - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO