FHN Türkiyədən mütəxəssislər dəvət etdi

FHN Türkiyədən mütəxəssislər dəvət etdi

Hazırda oxunan: FHN Türkiyədən mütəxəssislər dəvət etdi
8114
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində əsgərlərimizin erməni təcavüzünə və terroruna qarşı rəşadətlə vuruşaraq əldə etdiyi şanlı qələbə müstəqillik tariximizə yazılan ən şərəfli səhifələrdəndir.

Lakin müharibənin törətdiyi fəsadlar qazilərimizdə, o cümlədən doğmalarını itirən şəhid ailələrində, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlarda öz mənfi təsirini də göstərir:

posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, yuxusuzluq, suisidal fikirlər, aqressiya və digər bu kimi halların yaranmasına da səbəb olur.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, vətəndaşlarımızın həm fiziki, həm də psixi sağlamlığının qorunması milli təhlükəsizliyimizin ən aktual məsələlərindəndir.

"Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza təcili psixoloji yardımın göstərilməsi fəaliyyəti davam etdirilir.

Müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımız qaynar xəttə zəng edərək fasiləsiz rejimdə fəaliyyət göstərən psixoloqlara müraciət edə bilərlər.

Bununla yanaşı, peşəkar psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasının təşkil olunması məqsədilə Türkiyə Respublikasından 20 psixoloq dəvət olunub.

Türkiyəli mütəxəssislərin fəaliyyəti barədə yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

Ümid edirik ki, cəmiyyətimizin əsas sütunlarından olan həmrəylik və mərhəmət bir-birimizə dəstək olmağa, müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldırmağa kömək edəcək", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO