Polis XÜSUSİ ƏMƏLİYYAT keçirdi: 20 nəfər tutuldu - FOTO

Polis XÜSUSİ ƏMƏLİYYAT keçirdi: 20 nəfər tutuldu - FOTO

Hazırda oxunan: Polis XÜSUSİ ƏMƏLİYYAT keçirdi: 20 nəfər tutuldu - FOTO
79379
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkar olunmasına, həmçinin dələduzluq və oğurluq əməllərini törədən şəxslərə qarşı son 15 gün ərzində silsilə əməliyyat tədbirləri keçirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, həmin dövrdə şöbə əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 17 nəfər saxlanılıb.

Bu şəxslərin hər biri barəsində polis şöbəsində araşdırmalar başlanıb. Saxlanılan şəxslərdən ümumilikdə 5 kiloqramdan artıq olan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Əməliyyatlar zamanı şəhər ərazisində oğurluq edən, vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq əməlini törədən, eləcə də qanunsuz olaraq odlu silah saxlayan 3 nəfər şəxs də saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Ümumilikdə 15 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan 20 nəfər şəxsdən 16-sı barəsində şəhər məhkəməsi tərəfindən həbs, 4-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Sadalanan faktların hər biri ilə bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir. Şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO