Paytaxtın mərkəzindəki qanunsuz PARKİNQ belə sökülür - YENİLƏNİB - FOTO/VİDEO

Paytaxtın mərkəzindəki qanunsuz PARKİNQ belə sökülür - YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: Paytaxtın mərkəzindəki qanunsuz PARKİNQ belə sökülür - YENİLƏNİB - FOTO/VİDEO
78122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parkinq sökülür. 

Bizim.Media xəbər verir ki, artıq sözügedən əraziyə texnika və canlı qüvvə cəlb olunub. 

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Sənədsiz gecə saatlarında qanunsuz parklanma yeri düzəldilib” - RƏSMİ 


Bundan sonra dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, həmin ünvanda ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.


Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata əsasən, həmin parkinq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.  

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.

Bizim.Media
 











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO