Hazırda Bakının bu küçələrində TIXAC VAR - SİYAHI

Hazırda Bakının bu küçələrində TIXAC VAR - SİYAHI

Hazırda oxunan: Hazırda Bakının bu küçələrində TIXAC VAR - SİYAHI
77440
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Bizim.Media-ya bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şossesi - Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

2. Binəqədi şossesi - Azadlıq prospekti metro stansiyasının yanından başlayaraq Biləcəri-Baksol yoluna qədər sıxlıq

3. Moskva prospekti - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq

4. Rövşən Cəfərov küçəsi - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

5. Tbilisi prospekti - 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində sıxlıq

6. Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən başlayaraq, Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər sıxlıq

7. Ziya Bünyadov prospekti - Müzəffər Həsənov küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Abdulvahab Salamzadə küçəsi ilə kəsişmədən, əsasən Xutor dairəsindən, Atatürk prospekti ilə kəsişməyə qədər olan hissəsində - əsas yolda, Koroğlu metro stansiyası istiqamətində sıxlıq

8. Ak.Həsən Əliyev küçəsi - Ceyhun Səlimov küçəsi ilə kəsişmədən 1 saylı ASAN xidmət mərkəzinin qarşısına qədər sıxlıq

9. Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Heydər Əliyev prospekti istiqamətində

10. Xətai prospekti – Neymət Quliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq

11. Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq

12. Mehdi Hüseyn küçəsi - Parlament prospekti ilə kəsişməsindən Teleteatr istiqamətində sıxlıq

13. Rəşid Behbudov küçəsinin - Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

14. Bülbül prospekti - Sahil metro stansiyasının qarşısı da daxil olmaqla, 28 may küçəsi ilə kəsişmədən,Neftçilər prospekti istiqamətində sıxlıq

15. Şəmsi Bədəlbəyli küçəsi - Mirzəağa Əliyev küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

16. İstiqlaliyyət küçəsi - Şeyx Şamil küçəsi ilə kəsişmədən Niyazi küçəsi ilə kəsişməyədək Azneft dairəsi istiqamətində sıxlıq

17. Niyazi küçəsi - İstiqlaliyyət küçəsi ilə kəsişmədən Azneft dairəsinə qədər sıxlıq

18. Badamdar şossesi - Mərkəzi Botanika bağının yanından Mikayıl Müşfiq küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO