“Co Bayden gələndən sonra ABŞ parçalanacaq” – Asim Mollazadə

Hazırda oxunan: “Co Bayden gələndən sonra ABŞ parçalanacaq” – Asim Mollazadə

7740

“Respublikaçılar partiyası ABŞ-da baş verən bu iğtişaşları saxtalaşdırılmış prezident seçkiləri ilə əlaqələndirirlər. Seçkilərdən narazı qalan kütlə, Vaşinqtonda konqres binasına yürüyüş ediblər. Corciya ştatında  keçirilən senat seçkilərində məğlubiyyət artıq bu partiyanın konqesdə də üstünlüyünü itirməyə səbəb olub. Məhz bu məğlubiyyətə belə bir reaksiya verilməyi, şeçki prosesində iddia olunan pozuntular bu gün ABŞ-da gərginlik yaratdı”.

Bu sözləri Bizim.Media ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, hazırda ABŞ-da baş verən proseslər, ölkədə demokratiyanı şübhə altına alır.

“Ölkədə demokratik proseslırin azalması, sosialist ideyaların artması ciddi qarşıdurmalar yaradıb. Bir partiya bütün ABŞ mediasını nəzərdə saxlayıb. Məsələn hazırda ABŞ prezidenti Donald Trampdan “Twitter” səhifəsində danışmaq hüquqi alınıb. ABŞ-da siyasi proseslər ciddi qarşıdurmalarla müşahidə edilir. Mənim fikrimcə, ölkədə mütləq şəkildə müvafiq islahatlar olmalıdır. Proseslərdən görünür ki, ABŞ-da bundan sonra yeni partiyalar yaranacaq, mövcud siyasi partiyalarda parçalanmalar gedəcək. Bu çox təhlükəli proseslərdi. Ona görə də ABŞ-da bir müddət bu qeyri-stabil vəziyyət davam edəcək”,- deyə o, bildirib.

Millət vəkili bu proseslərdə müəyyən xarici qüvvələrin rolu olduğu barədə iddiaları inkar etməyib. Onun sözlərinə görə, bu ölkələrin siyahısında Çin birinci yerdə durur.

“ABŞ-da baş verən proseslərdə xaricdən təsir edən qüvvələrin olması haqqında da iddialar səslənir. Məsələn Çinin ABŞ-da baş verən proseslərə külli-miqdarda vəsait ayırması haqqında iddialar dolaşmaqdadır. 10 il əvvəl ABŞ-da sosialist rejimi haqqında danışmaq qadağa idi, indi isə orada komunizm haqqında açıq söhbətlər gedir”.

A.Mollazadənin hazırda ABŞ-dakı iğtişaşların Vətəndaş müharibəsinə çevrilməsi haqqında da danışıb. O, bildirib ki, bunun üçün çalışan xüsusi qüvvələr var.

“Bu iğtişaşların vətəndaş müharibəsinə çevrilməsində maraqlı olan qüvvələr də var. Prosesləri izləyəndə görürük ki, bilərəkdən ölkədə qarışıqlıq yaradılır. Bir tərəfdən radikal “solçu” qüvvələrinin dəstəyi gəlir, digər tərəfdən “sağçı”lar silahlanırlar. Ümüdvaram ki, dövlət sistemi bu cür qarşıdurmaların vətəndaş müharibəsinə çevrilməsinin qarşısını alacaq. Orada kifayət qədər dövlət institutları var və onların bu proseslərin qarşısını almağa gücü çatar”.

Deputatın fikrincə, Co Bayden administrasiyasının 20 yanvardan sonra hakimiyyətə gəlməsi, bu prosesləri daha da qızışdıracaq.

“Bəziləri bu proseslərin Co Baydenin hakimiyyəti təhvil aldıqdan sonra proseslərin ocağının zəifləyəcəyini gözləyir. Lakin mən əksinə, düşünürəm ki, bu hələ proseslərin başlanğıcdır, vəziyyət daha dərinləşəcək, ölkədə müəyyən parçalanmalar gedəcək. Fikrimcə vergilər yüksələcək. Bundan başqa Co Baydenin sosial sahədə verdiyi vədlərin icrası ABŞ iqtisadiyyatına da mənfi təsir göstərə bilər”,- deyə o, vurğulayıb.

İğtişaşların getdikcə ABŞ iqtisadiyyatına da mənfi təsir edəcəyini deyən millət vəkili, gedən proseslərin ştatlar arasında da problemlər yaradacağını bildirib.

“Demokratlar partiyası həm Senatı, həm də Təmsilçilər palatasını idarə edir. Bu da prezidentin verdiyi qərarların, konqresdə də öz təsdiqini tapmağı deməkdir. Bu gələcəkdə ABŞ-dakı şirkətlərin narazılığına gətirib çıxaracaq. Sosial gərginlik ABŞ-ın bəzi ştatları arasında da gərginliyə səbəb ola bilər. Məsələn Texas ştatı artıq bəyan edib ki, biz öz iqtisadiyyatımızı qorumaq üçün ciddi tədbirlər görməliyik. Bəzi şirkətlər sosial ənənələrinin olduğu Kaliforniya ştatından ofislərini Texasa köçürürlər. Bundan başqa Kaliforniyada vergilər də çox yüksəkdir”.

Sonda A.Mollazadə bildirib ki, ABŞ artıq dünyada demokratiya beşiyi statusunu itirməyə başlayıb.

“Artıq ABŞ hansısa ölkəni seçkiləri saxtalaşdırmaqla bağlı  tənqid edə bilməz. O bu hüququnu itirdi. Hazırda Belarusiyada, Qığızıstanda baş verən oxşar hadisələr ABŞ-da baş verdi.  Bu da dünyanda siyasi proseslərin məcrasının dəyişdiyini göstərir. ABŞ-da demokratiya öz süqutunu yaşayır. Əgər bu proseslər belə davam etsə, ABŞ problemi həll etmək üçün başqa yol axtaracaq”.

Vüsalə Balayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO