Magistraturaya növbəti qəbul imtahanı keçirildi – Nəticələr yaxın 10 gün ərzində elan olunacaq

Magistraturaya növbəti qəbul imtahanı keçirildi – Nəticələr yaxın 10 gün ərzində elan olunacaq

Hazırda oxunan: Magistraturaya növbəti qəbul imtahanı keçirildi – Nəticələr yaxın 10 gün ərzində elan olunacaq
76720
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirib.

Bizim.Media DİM-ə istinadən xəbər verir ki, magistraturaya qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada təşkil edilib.

MÖVZU İLƏ BAĞLI:

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ: Əlavə əşyalar gətirməyin


Binalarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı və regionlar da daxil olmaqla bütün imtahan zalları saatla təmin olunub.

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 14 843 bakalavr ərizə təqdim edib.

İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil və hərəkət məhdudiyyətli) bakalavr da iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

PMS imtahanı isə Bakıda 2 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 522 nəfər müraciət edib. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO