Bakının bu küçəsi əsaslı şəkildə təmir edildi - FOTO

Bakının bu küçəsi əsaslı şəkildə təmir edildi - FOTO

Hazırda oxunan: Bakının bu küçəsi əsaslı şəkildə təmir edildi - FOTO

71006

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nəsimi rayonunda Mustafa bəy Topçubaşov küçəsini əsaslı şəkildə təmir edib.

Bizim.Media xəbər verir ki, hazırda təmir işləri rayonun Cəlil Məmmədquluzadə və İlqar İsmayılov küçələrində davam etdirilir.

Daha sonra Mirəsədulla Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub.

Agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1 161 metr olan 4 küçə təmir edilib: Nəcəf bəy Vəzirov küçəsi (360 m), Hüseynqulu Sarabski küçəsi (220 m), Mərdanov qardaşları küçəsi (286 m), Ağadadaş Qurbanov küçəsi (295 m).
2021-ci ildə isə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6,4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO