Bakıdan qanunsuz yolla qızıl-zinət əşyaları aparmaq istəyən şəxs ələ keçdi - FOTO

Bakıdan qanunsuz yolla qızıl-zinət əşyaları aparmaq istəyən şəxs ələ keçdi - FOTO

Hazırda oxunan: Bakıdan qanunsuz yolla qızıl-zinət əşyaları aparmaq istəyən şəxs ələ keçdi - FOTO
70520
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Gömrük Komitəsi (DGK) külli miqdarda qızıl-zinət əşyalarının qanunsuz olaraq gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

Bizim.Media xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda gəmi nəqliyyat vasitəsi ilə Qazaxıstana gedən Azərbaycan vətəndaşının müşayiət olunan əl baqajlarına “X-Ray” rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl baqajında yoxlama aparılıb və çantalardan birindəki çoxfunksiyalı radioqəbuledicinin içərisindən yapışqanlı lentlə bir-birinə bərkidilmiş 8 ədəd bükülü aşkar edilib.
Keçirilən gömrük baxışı nəticəsində həmin bükülülərdən gömrük orqanına bəyan olunmayan, gömrük nəzarətindən gizlədilən 172,56 qram qızıl-zinət əşyaları - 13 ədəd üzük və 13 cüt sırğa aşkar olunub.

Bizim.Media

Bakıdan qanunsuz yolla qızıl-zinət əşyaları aparmaq istəyən şəxs ələ keçdi - FOTO - foto 1
Bakıdan qanunsuz yolla qızıl-zinət əşyaları aparmaq istəyən şəxs ələ keçdi - FOTO - foto 2
Bakıdan qanunsuz yolla qızıl-zinət əşyaları aparmaq istəyən şəxs ələ keçdi - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO