AZAL Bakıdan Praqaya uçuşlara başlayır

AZAL Bakıdan Praqaya uçuşlara başlayır

Hazırda oxunan: AZAL Bakıdan Praqaya uçuşlara başlayır
70226
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan Hava Yolları" aviaşirkəti 2022-ci ilin yay cədvəli çərçivəsində Çexiyanın paytaxtı Praqa şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bizim.Media xəbər verir ki, Bakı-Praqa-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri aviadaşıyıcı tərəfindən həyata keçiriləcək. İlk reys 17 iyun tarixində yerinə yetiriləcək.

AZAL aviaşirkətinin bu və digər reyslərinə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Sözügedən reyslərə yalnız qeyd olunan daşıma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Çexiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO