Naxçıvanda komandirlər üçün məşğələlər keçirildi - VİDEO

Naxçıvanda komandirlər üçün məşğələlər keçirildi - VİDEO

Hazırda oxunan: Naxçıvanda komandirlər üçün məşğələlər keçirildi - VİDEO
69689
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən, tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Bizim.Media xəbər verir ki, zabitlərin mənəvi-psixoloji dayanıqlılığının qorunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə komandir heyəti müxtəlif mövzularda nəzəri dərslərdə iştirak edib.

Komandir hazırlığında “Günün nizam qaydaları”na uyğun bölmələrdə “qalx” komandasından “yat” komandasınadək şəxsi heyətin yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi fəaliyyətlər nümayiş etdirilib.

Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq göstərilib.
Məşğələlər zamanı “Artilleriya bölmələrinin fəaliyyəti” mövzusunda dərslər keçirilib və praktiki atış tapşırıqları icra edilib.

Komandir hazırlığının sonunda zabitlərin ümumqoşun, ixtisas, topoqrafiya və fiziki hazırlıq səviyyələri yoxlanılıb.

Məşğələlərin yekununda bölmələrin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO