Ramazanın ilk günü: Dua, imsak və iftar vaxtı - FOTO  

Ramazanın ilk günü: Dua, imsak və iftar vaxtı - FOTO  

Hazırda oxunan: Ramazanın ilk günü: Dua, imsak və iftar vaxtı - FOTO  
67522
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabah Ramazan ayının ilk günüdür.  

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 2-nə olan imsak vaxtı saat 04:56, iftar vaxtı isə 19:20-dir.  

Birinci günün imsak duasını təqdim edirik:  

“Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!”.

Tərcüməsi:  

“Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla, ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”.  

İftar duası:  

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.  

Tərcüməsi:  

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.  

Allah orucunuzu qəbul etsin!

Bizim.Media

Ramazanın ilk günü: Dua, imsak və iftar vaxtı - FOTO   - foto 1
Ramazanın ilk günü: Dua, imsak və iftar vaxtı - FOTO   - foto 2
Ramazanın ilk günü: Dua, imsak və iftar vaxtı - FOTO   - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO