Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu küçələr sabaha qədər bağlı olacaq

Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu küçələr sabaha qədər bağlı olacaq

Hazırda oxunan: Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu küçələr sabaha qədər bağlı olacaq

65317

Bakı şəhərində velosiped yollarının salınması layihəsi çərçivəsində bəzi yollar bağlanacaq.

Bu barədə Bizim.Media-yaAvtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saat 22:00-dan sabah səhər saat 06:00-dək Səbail rayonu Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov küçəsinin Azadlıq prospekti ilə kəsişmələrində müvafiq nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd olunan vaxt kəsiyində sözügedən kəsişmələrdə hərəkət xətlənmə işlərinin aparılacağı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən qeyd olunan vaxt müddətində işlərin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO