
- A-
- A
- A+
Cəmiyyət
09:46 / 25.11.2026
1 dəq oxunma
Gəncədə çinar ağacının budaqları qırılaraq yaşayış evinin damına düşdü – Foto
Hazırda oxunan: Gəncədə çinar ağacının budaqları qırılaraq yaşayış evinin damına düşdü – Foto
649560
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün gecə saatlarından başlayaraq əsən güclü külək Gəncədə irigövdəli çinar ağacının budaqlarını qırıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.
Belə ki, irigövdəli çinar ağacının böyük budağı küləyin təsirindən qırılaraq 1 fərdi yaşayış evinin, bir mağazanın damının və iki avtomobilin üzərinə düşüb.
Mağazanın tavanına və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, qırılmış budaqların ərazidən daşınması istiqamətində işlər aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən







































































































