Marketdən oğurladığı “Red Bull”ları üçqat ucuzuna satmışdı - Həbs edildi

Marketdən oğurladığı “Red Bull”ları üçqat ucuzuna satmışdı - Həbs edildi

Hazırda oxunan: Marketdən oğurladığı “Red Bull”ları üçqat ucuzuna satmışdı - Həbs edildi
649191
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda marketdən oğurluq edən şəxs həbs edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, nun əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunda baş verib.

Belə ki, gecə saat 00:00 radələrində Bəhruz Nuriyev küçəsindəki marketdən 54 manat dəyərində olan “Absalyut” markalı araq oğurlanıb.

Bundan başqa, Bəkir Çobanzadə küçəsindəki digər marketdən dəyəri 480 manat olan “Red Bull” enerji içkilərinin oğurlandığı da məlum olub.

Marketlərin kamera sisteminə baxılarkən müştəri qismindəki gənc oğlanın gizli yolla 1 ədəd araq və 4 kaset enerji içkisini götürərək uzaqlaşdığı müəyyənləşib.
 

Polisin keçirdiyi tədbirlərlə əməli törədən Sədərək rayon sakini 1994-cü il təvəllüdlü S.Məmmədov saxlanılıb.


Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilib. Nizami Rayon Məhkəməsində keçirilən iclasda S.Məmmədov oğurladığı 480 manatlıq “Red Bull”u başqa yerdə 160 manata saatdığını deyib.

Market müdirləri isə onlara vurulmuş zərərin ödənilmədiyini və həmin şəxsə cəza verilməsini xahiş ediblər.

Məhkəmənin qərarı ilə 32 yaşlı şəxs 23 sutka müddətinə inzibati həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO