Bu şəxslər 700 manatadək cərimələnəcək

Bu şəxslər 700 manatadək cərimələnəcək

Hazırda oxunan: Bu şəxslər 700 manatadək cərimələnəcək
649161
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hərbi qulluqçuların, prokurorluq əməkdaşlarının və əməliyyat-axtarış fəaliyyəti subyektlərinin fərqlənmə nişanları olan geyim formalarını qanunsuz daşıyan şəxslər cərimələnə, geyimləri isə müsadirə edilə bilər.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.
 

Belə ki, hərbi və xüsusi geyim formalarının qanunsuz daşınmasına görə 800 manatdan 1 000 manatadək cərimə nəzərdə tutulur. Bu halda inzibati xətanın predmeti olan geyim forması da müsadirə edilir.


Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər də bu qaydalara əməl etməlidirlər.

Onların hərbi geyimi qanunla nəzərdə tutulmayan hallarda daşımalarına görə 500 manatdan 700 manatadək cərimə tətbiq edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO