Bakıda daha 9 kəsişmədə işıqforlara velosiped bölmələri quraşdırıldı – Video

Bakıda daha 9 kəsişmədə işıqforlara velosiped bölmələri quraşdırıldı – Video

Hazırda oxunan: Bakıda daha 9 kəsişmədə işıqforlara velosiped bölmələri quraşdırıldı – Video
649177
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda mikromobilliyin inkişafı və velosipedçilərin yol hərəkətində təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Mərkəz tərəfindən paytaxtın daha 9 kəsişməsində yerləşən işıqforlara 28 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Yeni velosiped bölmələri Nəsimi və Səbail rayonlarında aşağıdakı kəsişmələrdə quraşdırılıb:

Nəsimi rayonu üzrə:

Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində;

Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində;

Bülbül prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində;

Bülbül prospekti ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində;

Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində;

Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində.

Səbail rayonu üzrə:

Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsində;

Azadlıq prospekti ilə Əfzələddin Xəqani küçəsinin kəsişməsində;

Rəşid Behbudov və Əfzələddin Xəqani küçələrinin kəsişməsində.

Qeyd edək ki, indiyədək paytaxtın yol kəsişmələrində yerləşən svetoforlara ümumilikdə 160 velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Bu istiqamətdə işlər davam etdirilir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO