Sovetdən qalma qarajlar sərvətə çevrildi – Qiymətlər rekord həddə

Sovetdən qalma qarajlar sərvətə çevrildi – Qiymətlər rekord həddə

Hazırda oxunan: Sovetdən qalma qarajlar sərvətə çevrildi – Qiymətlər rekord həddə
649156
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda vaxtilə avtomobil saxlamaq üçün tikilən sovet dövrü qarajları indi daşınmaz əmlak bazarında kifayət qədər yüksək qiymətə təklif olunur. Üstəlik, bu obyektlərin bir qismi artıq təyinatını dəyişərək avtoyuma, təmir sexi və anbar kimi istifadə edilir. 

Bəs paytaxtda köhnə qaraj almaq istəyənlər nə qədər pul ödəməlidir?  

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, satış elanlarının araşdırılması zamanı sovet dövründən qalma qarajların qiymətləri arasında ciddi fərq olduğu üzə çıxıb. Bu fərqdə əsas amillərdən biri obyektin yerləşdiyi ərazidir. 

Ən yüksək qiymətlərdən biri Nərimanov rayonunda qeydə alınır.

Məsələn, Nərimanov metrosunun yaxınlığında yerləşən 27 kvadratmetrlik qaraj 50 min manata satışa çıxarılıb.

Həmin rayonda sahəsi cəmi 14,1 kvadratmetr olan başqa bir qarajın qiyməti isə 55 min 300 manatdır. Eyni ərazidə bəzi qarajlar üçün 78 min manat tələb olunur.

Yasamal rayonunda da vəziyyət fərqli deyil. Burada bəzi qarajların qiyməti 80 min manata çatır. Hətta yalnız avtomobil saxlamaq üçün nəzərdə tutulan qarajların ən ucuz təklifləri 25-30 min manatdan başlayır.

Paytaxtın digər ərazilərində isə qiymətlər nisbətən aşağıdır. Binəqədi, Suraxanı və Sabunçu rayonlarında, eləcə də Sumqayıt şəhərində bu tip obyektlərə 10-20 min manat aralığında təkliflər var. Bununla belə, qarajın təyinatı da qiymətə təsir edir.

Məsələn, Binəqədidə avtoyuma məntəqəsinə çevrilmiş qarajın qiyməti 25-30 min manat civarındadır.

Hazırda belə obyektlərdən yalnız avtomobil saxlamaq üçün deyil, həm də təmir sexi, avtoyuma, anbar və digər kommersiya məqsədləri üçün istifadə olunur. Bəzi əmlak mütəxəssisləri isə
daşınması mümkün olan qarajları gəlir əldə etmək üçün əlverişli yatırım vasitəsi hesab edirlər.

Beləliklə, bir vaxtlar avtomobili qorumaq üçün tikilən sadə metal və beton qarajlar bu gün yerləşdiyi ünvandan asılı olaraq on minlərlə manat dəyərində əmlaka çevrilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO