Azərbaycanlı və erməninin bu görüntüsü müzakirə yaratdı – Video

Azərbaycanlı və erməninin bu görüntüsü müzakirə yaratdı – Video

Hazırda oxunan: Azərbaycanlı və erməninin bu görüntüsü müzakirə yaratdı – Video
649158
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada yaşayan azərbaycanlı Şamil Həsənov və erməni David Aleksanyanın dostluğu sosial şəbəkələrdə maraq doğurub.

Bizim.Media xəbər verir ki, eyni klinikada çalışan iki həkim müxtəlif vaxtlarda birgə foto və videolarını paylaşaraq izləyicilərin diqqətini çəkirlər. Onların münasibəti bəzən tənqid və qınaqla qarşılaşsa da, bu, dostluqlarına mane olmur.
 

Birgə paylaşımlarında Azərbaycan və Ermənistan xalqları arasında mübahisə mövzusu olan məsələlərə də yumorla yanaşırlar. Məsələn, dolmanın hansı xalqa məxsus olması ilə bağlı zarafatlaşırlar.


Həkimlərin əsas arzusu isə iki xalq arasında münasibətlərin normallaşması, gələcəkdə fikir ayrılıqlarının yalnız dolma kimi mövzular ətrafında olmasıdır.

Onların dostluğu sülhün yalnız siyasi razılaşmalarla deyil, insanlar arasında qarşılıqlı hörmət və ünsiyyətlə də möhkəmlənməsinin mümkünlüyünü göstərən nümunələrdən biridir.

Ətraflı İTV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO