Güclü külək nəticəsində 32 ağac sınıb: 36 ağacın budaqları qırılıb - Foto

Güclü külək nəticəsində 32 ağac sınıb: 36 ağacın budaqları qırılıb - Foto

Hazırda oxunan: Güclü külək nəticəsində 32 ağac sınıb: 36 ağacın budaqları qırılıb - Foto
647930
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 15-i axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.

Bu barədə Bizim.Media-ya Baki Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

"Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları hadisə yerlərinə operativ şəkildə cəlb olunub.
 

Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazilərdən götürülüb, ətrafda təmizlik işləri aparılıb. Hadisələrin qeydə alındığı ərazilərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqların aradan qaldırılması təmin edilib.


Qeyd edək ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir, güclü küləkli hava şəraitinin davam etməsi ehtimalı nəzərə alınaraq Birliyin əməkdaşları şəhərin yaşıllıq ərazilərində nəzarət və monitorinq tədbirlərini həyata keçirirlər", - məlumatda qeyd olunub.

Güclü külək nəticəsində 32 ağac sınıb: 36 ağacın budaqları qırılıb - Foto - foto 1
Güclü külək nəticəsində 32 ağac sınıb: 36 ağacın budaqları qırılıb - Foto - foto 2
Güclü külək nəticəsində 32 ağac sınıb: 36 ağacın budaqları qırılıb - Foto - foto 3
Güclü külək nəticəsində 32 ağac sınıb: 36 ağacın budaqları qırılıb - Foto - foto 4
Güclü külək nəticəsində 32 ağac sınıb: 36 ağacın budaqları qırılıb - Foto - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO