
- A-
- A
- A+
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettinonun “Mançester Yunayted”ə mümkün keçidi ilə bağlı xəbərlər fonunda onun mətbuat konfransı ləğv olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Daha əvvəl “Mançester Yunayted”in argentinalı mütəxəssislə prinsipial razılığa gəldiyi və onu Maykl Kerrikin əvəzinə baş məşqçi təyin etməyi planlaşdırdığı bildirilmişdi. Kerrik hələlik vəzifəsində qalır və çərşənbə günü komandanın məşqini keçirib. Onunla yaxın zamanda yolların ayrılacağı gözlənilir.
Poçettino ABŞ millisinin Haiti ilə oyunu öncəsi mətbuat konfransında iştirak etməli idi. Lakin tədbir sonradan ləğv olunub.
ABŞ Futbol Federasiyası qərarı Veteranlar Günü ilə əlaqələndirsə də, “Daily Mail” nəşri konfransın ləğvini Poçettinonun “Mançester Yunayted”ə mümkün keçidi ilə əlaqələndirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































