İran və Oman Hörmüz boğazında gəmilərin hərəkəti ilə bağlı razılığa gəldi

İran və Oman Hörmüz boğazında gəmilərin hərəkəti ilə bağlı razılığa gəldi

Hazırda oxunan: İran və Oman Hörmüz boğazında gəmilərin hərəkəti ilə bağlı razılığa gəldi
647240
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran və Oman Hörmüz boğazında gəmiçilik dəhlizi və hərəkətin bölüşdürülməsi sistemi ilə bağlı qarşılıqlı anlaşma əldə ediblər.

Bizim.Media xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib.

O bildirib ki, Hörmüz boğazının statusu müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq.

Qalibafın sözlərinə görə, ABŞ İranın boğazın açılması üçün irəli sürdüyü yeddi şərti əhatə edən tələblərinə hələ də rəsmi cavab verməyib.
 

O qeyd edib ki, boğazın açılması və danışıqların bərpası üçün Vaşinqton bütün bu şərtləri yerinə yetirməlidir.


Parlament sədri, həmçinin bildirib ki, ABŞ nümayəndələri Moskvaya səfərləri zamanı Rusiya Prezidenti Vladimir Putindən Vaşinqton və Tehran arasında birbaşa danışıqların təşkilinə kömək etməsini istəyiblər. Qalibaf əlavə edib ki, Tehran müvafiq müraciət alacağı təqdirdə Səudiyyə Ərəbistanı ilə husilər arasında münaqişənin həllinə dəstək göstərməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO