
- A-
- A
- A+
G7 ölkələrinin XİN rəhbərlərindən İrana çağırış
G7 ölkələrinin xarici işlər nazirləri İranla fikir ayrılıqlarının diplomatik yolla həllinə və regional təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş səyləri dəstəklədiklərini bəyan ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlərin Parisdə keçirilən görüşünün yekunlarına dair Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda bildirilib.
Sənəddə vurğulanıb ki, İran nüvə silahı hazırlamamalı və əldə etməməlidir.
Nazirlər, həmçinin Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə tammiqyaslı əməkdaşlığı bərpa etməyə çağırıblar.
Görüş iştirakçıları Hörmüz boğazındakı vəziyyətdən narahatlıqlarını ifadə edərək, mülki gəmiçiliyə hücumların dayandırılmasını tələb ediblər. Onlar beynəlxalq sularda sərbəst və təhlükəsiz gəmiçiliyin təmin edilməsinin vacibliyini də vurğulayıblar.
Bəyanatda G7 ölkələrinin regionda təhlükəsizliyin qorunması və beynəlxalq ticarətin müdafiəsi üçün fəaliyyətlərini əlaqələndirməyə hazır olduqları da qeyd edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































