
- A-
- A
- A+
Sabiq baş nazirin qardaşı həbs edildi - Foto
Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orban bir ay müddətinə həbs edilib.
Bizim.Media xəbər verir ki, o, nüfuz alverində və qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinir.
İstintaqın versiyasına görə, Aron Orban və onun tərəfdaşları pul müqabilində Vyetnam vətəndaşlarının Avropaya köçməsinə kömək ediblər. Bunun üçün onlara Macarıstanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə Şengen vizaları rəsmiləşdirilib.
İlkin məlumata əsasən, 2024-cü ildə 100-dən çox şəxs bu xidmətlərdən yararlanıb.
İş üzrə daha bir şübhəli də həbs olunub, üçüncü şəxs ev dustaqlığına göndərilib, dördüncü isə sərbəst buraxılıb. Aron Orban isə özünü təqsirli bilmir.
Viktor Orban baş verənləri siyasi təqib adlandırıb və hakimiyyətin rəqiblərini sıradan çıxarmağa çalışdığını bildirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































