
- A-
- A
- A+
Ərdoğan və Paşinyan Azərbaycanla sülhün regional əməkdaşlığa təsirini müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsinin və yekunlaşdırılmasının vacibliyini vurğulayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər indiyədək həyata keçirilən tədbirlərin və əldə olunan razılaşmaların əhəmiyyətini qeyd edib, həmçinin ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini müzakirə ediblər.
Görüşdə regional proseslər də diqqət mərkəzində olub. Paşinyan və Ərdoğan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını xüsusi vurğulayaraq, bunun regional əməkdaşlığın inkişafına yeni təkan verdiyini bildiriblər.
Tərəflər, həmçinin kommunikasiya xətlərinin açılması, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































