Türkiyədə Valeri Meladzenin konsertlərinin qadağan olunması tələb edilir

Türkiyədə Valeri Meladzenin konsertlərinin qadağan olunması tələb edilir

Hazırda oxunan: Türkiyədə Valeri Meladzenin konsertlərinin qadağan olunması tələb edilir
647225
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə fəallar rusiyalı müğənni Valeri Meladzenin ölkədə konsertlərinin qadağan edilməsi tələbi ilə hakimiyyət orqanlarına müraciət etməyi müzakirə edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə “TV Center” portalı məlumat yayıb.

Buna səbəb müğənninin İsrailin Qeysəriyyə şəhərində konsert verməsi, eləcə də yumorist Maksim Qalkinlə eyni tədbirlərdə iştirak etməsidir.

Meladze oktyabrın 28-də Qeysəriyyə amfiteatrında dünya yubiley turu çərçivəsində çıxış edib. Açıq havada keçirilən konsertdə onun 30 illik yaradıcılığı ərzində məşhurlaşan “Sera”, “Nebesa” və “Tekila-lyubov” kimi mahnıları səsləndirilib. Müğənni İsraildəki çıxışı zamanı hər hansı siyasi bəyanat verməyib.
 

Qeyd edək ki, daha əvvəl Maksim Qalkinin İstanbul Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konserti ləğv edilib. İstanbul Valiliyinin administrasiyası qərarı ictimai asayiş və təhlükəsizlik mülahizələri ilə əsaslandırıb. Buna səbəb yerli “7 Oktyabr” hərəkatının Qalkinin 2023-cü il oktyabrın 7-də baş verən hadisələrdən sonra İsrailə dəstək verən açıqlamalarına etiraz etməsi və konsertin qadağan olunmasını tələb etməsi olub.


Valeri Meladzenin rəsmi konsert proqramında isə 2027-ci il oktyabrın 1-də İstanbul Konqres Mərkəzində çıxışı nəzərdə tutulub.

Bununla belə, Türkiyə mediasında hazırda Meladzenin konsertlərinə qarşı real qadağa kampaniyasının başladığını təsdiqləyən məlumatlar yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO